RU

Paracüdoçularımız 8 medalla 1-ci olublar

Bakı. Trend:

Bəhreyn Krallığının Manama şəhərində keçirilən Gimnaziada İdmanOyunlarında Azərbaycan paracüdoçuları uğurlu çıxış ediblər.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, təmsilçilərimiz 8 medal qazanıblar.

Yığmamızın heyətində İlahə Əzizzadə (+57 kq), Tahir Əlizadə (60kq) və Hüseyn İsmayılzadə (73 kq) qızıl, Elnarə Nizamlı (57 kq),Ömər Qurbanov (60 kq), Elxan Nəbizadə (73 kq) və İlham Əzizzadə(+73 kq) gümüş, Nurlana Məmmədova (+57 kq) isə bürünc medalqazanıb. Komandamız yarışı ümumi hesabda birinci yerdə başavurub.

Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək GimnaziadadaAzərbaycan yığması 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.

Избранный
14
1
az.trend.az

2Источники