RU

“Siti”dən “Yunayted”ə rədd cavabı

İngiltərənin “Mançester Yunayted” klubu “Mançester Siti”yə qeyri-adi müraciət edib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi “şəhərlilər”dən “Qızıl top” mərasimi üçün Alexandro Qarnaço və Kobbi Mainanı təyyarə ilə Fransanın paytaxtı Paris şəhərinə aparmağı xahiş edib. 

Lakin klubun “Yunayted”in tələbini rədd etdiyi vurğulanır. Məlumata görə, buna səbəb təyyarədə boş yer olmamasıdır.

Xatırladaq ki, A.Qarnaço və K. Mainan gənc oyunçu mükafatına namizədlər sırasında yer alıblar.

Qeyd edək ki, “Qızıl top” mərasimi oktyabrın 28-də baş tutacaq.

Избранный
20
7
qafqazinfo.az

9Источники