RU

“Həm oyun, həm də istək baxımından rəqibi üstələdik” – Vaqif Cavadov

Misli premyer-liqasının 11-ci turunda "Sumqayıt" səfərdə "Səbail"i 1:0 hesabıyla məğlub etdi. Beləliklə, komanda yeni çalışdırıcı Vaqif Cavadovun rəhbərliyi altında ilk qələbəsini qazandı.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb:

- Komandama təşəkkürümü bildirirəm. Yaxşı, mübarizəli oyun getdi. Həm oyun, həm də istək baxımından rəqibi üstələdik. Buna görə də qələbə qazandıq. Yolumuza davam edəcəyik.

- 70-ci dəqiqədənsonra komandanız geri çəkildi. Bu, yorğunluqdan idi, yoxsa siz tapşırıq verdiz?
- Heç bir yorğunluq yox idi. Sadəcə, komanda uduzmaq istəmirdi. Rəqib öz meydanında oynayırdı. Bunun da təzyiqi var idi. İkinci hissədə daha çox əks-hücumda oynamağa çalışırdıq. İstifadə edə bilmədiyimiz bir neçə qol epizodu oldu. Amma komandam mübarizə apardı. Futbolçuların hər birinə təşəkkür edirəm. İstəyi sona qədər qorudular və lazım olan 3 xalı qazana bildilər.

- Ötən oyunla müqayisədə taktiki planda hansı dəyişikliklər etdiz?
- "Turan Tovuz"la matçda müdafiəyə daha çox çəkilmişdik. Buna görə orta xətdə boşluqlar yaranırdı. Amma bu oyun tam başqa idi. Hücumda daha çox oynadıq. Rəqibləri təhlil edirik. Öz oyunumuzu pillə-pillə artırmaq istəyirik. Bundan sonra nəticələr özü gələcək.

RÖYANƏ OĞUZ

Избранный
12
9
football-plus.az

10Источники