RU

Vaqif Cavadov ilk qələbə şərhi: "Yolumuza davam edəcəyik"

"Komandama təşəkkürümü bildirirəm. Yaxşı, mübarizəli oyun getdi. Həm oyun, həm də istək baxımından rəqibi üstələdik. Buna görə də qələbə qazandıq. Yolumuza davam edəcəyik".

İdman.biz xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının XI turunda "Səbail" üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib: "Heç bir yorğunluq yox idi. Sadəcə olaraq komanda uduzmaq istəmirdi. Rəqib öz meydanında oynayırdı. Bunun da təzyiqi var idi. İkinci hissədə daha çox əks-hücumda oynamağa çalışırdıq. İstifadə edə bilmədiyimiz bir neçə qol epizodu oldu. Amma komandam mübarizə apardı. Futbolçuların hər birinə təşəkkür edirəm. İstəyi sona qədər qorudular və lazım olan 3 xalı qazandılar".

Qeyd edək ki, "Sumqayıt" 7 oyundan sonra çempionatda qələbə qazanıb.

İdman.biz

Избранный
9
5
idman.biz

10Источники