RU

Kanaldan meyit tapıldı

Samur Abşeron su kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda kişi meyiti aşkarlanıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, əraziyə FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Cəsədin sudan çıxarılması prosesi həyata keçirilir. Onun şəxsiyyəti və kanala hansı səbəbdən düşməsinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Избранный
7
3
modern.az

4Источники