Gürcüstan prezidenti Salome Zurabişvili qərbyönümlü müxalifət partiyalarının parlament seçkilərində 52% səs çoxluğu əldə etdiyini bəyan edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Zurabişvili bu barədə “X” platformasındakı paylaşımında qeyd edib.
“Avropalı Gürcüstan seçkilərin saxtalaşdırılması cəhdlərinə baxmayaraq və diasporanın səsi (belə) olmadan 52% ilə qələbə qazanıb”, - deyə paylaşımda bildirilir.