RU

Beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb VİDEO

Oktyabrın 26-dan Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş heyətlə Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.

Xezerxeber.az xəbər verir ki, qrupa “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie başçılıq edir.

Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçi klubları 2020-2024-cü illərdə Qarabağa və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çox dünyamiqyaslı beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri sayca 12-ci səfərdir. Belə səfərlər işğaldan edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Избранный
6
22
xezerxeber.az

10Источники