RU

Oktay Kaynarca himnimizi bilməyən iştirakçıya əsəbiləşdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyədə məşhur intellektual yarış proqramı "Kim milyoner olmak ister"in son buraxılışında maraqlı anlar yaşanıb. Belə ki, verilişə qatılan iştirakçılardan biri ən asan hesab edilən sualı cavablandıra bilməyib. Bu isə aparıcı Oktay Kaynarcanı əsəbiləşdirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
Söhbət yarışın ilk mərhələsində verilən sualdan gedir. Bildiyimiz kimi, bu verilişin ilk sualları, adətən, asan olur. Bəzi iştirakçılar həyəcanlandıqlarını bildirərək bu sadə suallara cavab verə bilmirlər və təqdim olunan üç imtiyazdan birini istifadə edir.
Lakin bu dəfə yarışa qatılan iştirakçı suala cavab verə bilməyəndə Oktay Kaynarca əsəblərini cilovlaya bilməyib. Həmin sual belə idi: "Sən olasan gülüstan" ifadəsi hansı ölkənin himnində keçir?"
Cavablar
A) ABŞ
B) Fransa
C) Azərbaycan
D) Meksika
İştirakçı düzgün cavabı bilməyəndə "tamaşaçı cokeri"ndən istifadə edib. Tamaşaçıların 96%-i "Azərbaycan" cavabını verib. Lakin Oktay Kaynarca səbrini basa bilməyib və iştirakçını qınayıb:
"Sən olasan gülüstan" ifadəsi Meksikaya aid ola bilərmi, ABŞ-yə aid ola bilərmi?" - deyə iştirakçıdan soruşub.
İştirakçı bu cümlənin türkcəyə tərcümə edildiyini düşündüyünü bildirib.
Избранный
31
oxu.az

1Источники