RU

"Edumeta academy" kursu fəaliyyətə başlayır - Foto

Azərbaycanda "Edumeta academy" adlı kurs fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, kursda tikintiyə aid bütün növ ixtisasları tədris ediləcək.

Açılış mərasimində çıxış edən "Edumeta academy"nin direktoru Sevxan Mahmudzadə deyib ki, əsas məqsəd bu sahədə mütəxəssis yetişirməkdir:

"Bu sektorda çatışmazlıqlar var. Biz bu kimi halları aradan qaldırmağa çalışacağıq. Kursumuzda tələbələr üçün kampaniyalarımız olacaq. Həmçinin kursu yüksək nəticə ilə bitirən tələbələrimizi işlə təmin etməyə çalışacağıq. "Edumeta academy"nin digər kurslardan fərqi ondan ibarətdir ki, burada tələbə yetişdirməklə yanaşı onlara təcrübə keçmək imkanı yaradılacaq".

"Edumeta academy" kursunun təsisçisi Rafael Ömərli isə öz çıxışında qeyd edib ki, kursda tikintiyə aid bütün növ ixtisas və proqramlar tədris ediləcək:

"İllərdir kadr, mütəxəssis, mühəndis çatışmazlığından əziyyət çəkirik. Nəticə qərara gəldik ki, Azərbaycanda belə bir kurs açaq. Bu sahədə çalışdığımıza görə belə bir kursu özümüzün açması daha məqsədəuyğun idi. Ümid edirik ki, bu, bizim üçün uğurlu olacaq.

Kursumuzda memarlıq, dizayn, konstruksiya və başqa, yəni tikintiyə aid olan bütün növ ixtisaslar tədris olunacaq. Həmçinin tikintidə mühəndisə lazım olacaq bütün proqramlar keçiriləcək".

Təsisçinin sözlərinə görə, kursu yüksək göstərici ilə bitirən əlaçı tələbələr sonda işlə təmin olunacaq:

"Bu sahədə çalışdığımız üçün kursumuz digər kurslardan çox fərqlənəcək. Burada yalnız proqram öyrətməyəcəyik, həm də mütəxəssis yetişdirəcəyik. Tələbələrimiz ilk aylardan öz şirkətimiz və digər şirkətlərdə təcrübəyə cəlb olunacaq və 6 ayda əsl mütəxəssis kimi yetişəcək".


Müəllif: Əsəd Məmmədəliyev
Избранный
32
teleqraf.com

1Источники