RU

"Ali məktəblərə giriş genişlənsə də, çıxış daralmalıdır" — Millət vəkili

Ali təhsil müəssisələrinə qəbulda plan yerləri artırılacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında deyib. Nazir qeyd edib ki, 2026-cı ilə kimi qəbul planının 75 min olması hədəflənir. 

Təhsil sahəsində olan və olunması hədəflənən bir çox yeni işlər var. Qəbulda plan yerlərinin artırılması, süni intellektdən istifadə və.s 

Bu cür yeniliklər bizə nə vəd edir? Deputat Mehriban Vəliyeva Demokrat.az-ın sualını cavablandırıb:

"Ümumiyyətlə, vətəndaş cəmiyyətinin formalaşmasında təhsilin rolu çox böyükdür. Cəmiyyət nə qədər təhsilli olursa, bir o qədər mədəni səviyyə yüksəlir. O cəhətdən ali təhsil müəssələrinə qəbul planının artırılması vətəndaş cəmiyyətinin formalaşmasında çox mühüm rol oynaya bilər. Bu həm də qəbul imkanlarını genişləndirir. Ali məktəblərə giriş genişlənsə də, çıxış daralmalıdır, daha savadlı, səriştəli insanların yetişməsi istiqamətində davamlı işlər aparılmalıdır. Yəni illərlə danışılan bir məsələ ki, ali məktəblərin qapıları açılsın, daxil olmaq asan olsun, amma onu bitirmək savad və səriştəlilikdən keçərək tamamlansın prosesi artıq görünür".

O, bildirib ki, cəmiyyətin formalaşmasında, onun mədəni inkişafında təhsilin rolu böyükdür:

"İnsanların həyata fərqli baxışı formalaşır, bunun hesabına ailə institutları, cəmiyyətə yararlı yaxşı kadrların yetişməsi imkanı yaranır. Kadrların müasir tələblərə uyğun yetişməsi dövlət siyasətinin prioritet istiqamətidir.Müasir dövrdə yeni çağrışlar, rəqəmsal inkişaf, süni intellektin həyatımıza daxil olması gələcək üçün yeni perespektivlər açır və yeni ixtisasların yaranması və bəzi ixtisasların aradan çıxması ehtimalını  ortaya qoyur. Bunu nəzərə alaraq ali təhsil müəssələrində mütamadi olaraq müasir dövrün çağrışlarına uyğun addımlar atılır, islahatlar aparılır. Son dövrlərdə yeni ali təhsil ocaqlarının açılması, Qarabağ Universiteti, Türkiyə-Azərbaycan Universiteti, İtalya-Azərbyacan Universiteti və ikili proqramları olan universitetlərin hər biri qlobal təhsilə inteqrasiyadır. Səriştəl, əsaslı təhsil müasir səriştəli kadr imkanıdır. Sadəcə gənclər dövlət tərəfindən yaradılmış imkanları düzgün dəyərləndirməli, gələcək üçün ömürboyu təhsilə üstünlük verməlidirlər".

Mehriban Mirzəzadə
Demokrat.az
Избранный
26
demokrat.az

1Источники