RU

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur — FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Demokrat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Qax, Balakən, Altıağac, Quba, Qusar, Xaçmaz, Zaqatala, Şəki, Ağsu, Xaltan, Şabranda arabir yağış, Şahdağda isə qar yağıb.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 15 m/s-dək güclənib.

Избранный
5
9
demokrat.az

10Источники