RU

Seçki məntəqəsində əlbəyaxa dava - Gürcüstandan ŞOK VİDEO

Gürcüstanda parlament seçkilərində ilk insident səsvermə başlayandan az sonra baş verib. Zuqdidi şəhərindəki 9 saylı seçki məntəqəsində müxalifətdən olan deputat Anna Tsitlidze ilə yerli müşahidəçilərdən biri arasında toqquşma olub.

Turkustan.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Keçmiş hakim Vahid Milli Hərəkat Partiyasının üzvü Tsitlidze seçki məntəqəsinə gəlməzdən bir müddət əvvəl brifinq keçirərək bildirib ki, yerli təşkilatlardan iki müşahidəçi qanunsuz olaraq seçki məntəqəsindən qovulub.

Seçki komissiyasının sədri müşahidəçilərlə insidenti onunla izah edib ki, birincisi, bir məntəqədə bir yerli təşkilatdan birdən artıq müşahidəçi ola bilməz, ikincisi, bu şəxslər seçki prosesinə müdaxilə ediblər. Xüsusilə, bu müşahidəçilər seçicilərin şəxsiyyət vəsiqələrinə baxırdılar.

/publika.az

Избранный
2
50
turkustan.az

10Источники