RU

“Deyirlər ki, Dilarə bir mahnını 10 minə oxuyur”

“Mən toy qiymətimi açıqlamaq istəmirəm. Mən toy üçün heç zaman böyük qiymət demirəm. Toy və tədbirləri əlimdən almaq istəyən insanlar ev yiyələrinə deyirlər ki, Dilarə bir mahnını 10 min manata oxuyur. Mənə təklif gəlib demişəm ki, necə ola bilər ki, mən 1 mahnını 10 min manata oxuyum? Axı nə zaman belə bir şey olub? (gülür) Bəlkə də olacaq, bilmirəm”.

News24.az OLAY-a istinadən yazır ki, bu sözləri müğənni Dilarə Kazımova qonaq olduğu “Günə bax” verilişində deyib.

Sənətçi proqramda toy qiymətindən söz açıb:

“Mən dövlət tədbirlərində sevə-sevə gedib, pulsuz çıxış edirəm. Bunu hər zaman da edəcəyəm. Amma bəzən insanlar haqqımda olmayan şeyləri danışır və mən qalıram şok vəziyyətində. Mənim üçün puldan əvvəl insanlıq vacibdir. Mən toya gedib çıxışım üçün iki qat qonorar niyə götürməliyəm? Məndə məkana görə toy qiymətim dəyişmir. Hər zaman hər kəs üçün eyni qalır”


Избранный
13
4
news24.az

5Источники