RU

Rusiyalı məhkumların "Şouşenkdən qaçışı": 37 metrlik tunel qazdılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Lipetsk vilayətinin islah koloniyasında məhkumlar məşhur "Şouşenkdən qaçış" filmini "gerçəkləşdiriblər".
Oxu.Az-ın "BAZA" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, müxtəlif maddələr, o cümlədən narkotik və zorakılıq əməllərinə görə məhkum edilmiş altı məhbus iki yeraltı tunel qazaraq koloniyadan qaçmağa nail olub.
Tunellərdən birinin 37 metr uzunluğunda olduğu vurğulanıb.
Məlumata görə, koloniya ərazisindəki tərk edilmiş sexdə aralarında Özbəkistan və Tacikistan vətəndaşlarının olduğu məhbuslar qarovul tərəfindən qorunan daxili qadağan zonası ilə birləşən çuxur qazıblar. Məhkumlar bu yerdə ikinci tunel qazaraq, koloniya hasarının altından keçib azadlığa çıxıblar.
Qaçış faktı ilə bağlı artıq cinayət işi açılıb və koloniyada saxlanma rejiminin pozulması hallarının və şəraitinin müəyyən edilməsi məqsədilə geniş yoxlama başlanılıb.
Hazırda Lipetsk vilayətinin hüquq-mühafizə orqanları qaçmış məhbusların tutulması üzrə əməliyyat həyata keçirir.
Избранный
12
2
oxu.az

4Источники