RU

Azərbaycan himninə görə əsəbləşdi - Video

Türkiyənin ATV telekanalında yayımlanan “Kim milyonçu olmaq istəyir” şousunda iştirakçıya Azərbaycan himni ilə bağlı sual verilib.

Ölkə.Az xəbər verir ki, sualda “Sən olasan gülüstan” ifadələrinin hansı ölkənin himnində yer aldığı soruşulub.

Variantlarda isə ABŞ, Fransa, Azərbaycan və Meksika yer alıb.

İştirakçı sualın cavabının böyük ehtimalla, Azərbaycan olacağını desə də, əmin olmaq üçün tamaşaçıların köməyindən istifadə edib.

Daha sonra isə aparıcı, məşhur aktyor Oktay Kaynarca iştirakçıya əsəbləşib:

“Həmzə, “sən olasan gülüstün” sözləri Meksikada, Fransada deyilə bilərmi? Hansı amerikalı "sən olasan gülüstün” deyər?”- o söyləyib.

İştirakçı isə aktyora “Oktay abi, əsəbləşmə” deyib.

Ölkə.Az

Избранный
26
6
olke.az

7Источники