RU

Ani Lorak Rüfət İsmayılın geyimini geyindi

Rusiyanın məşhur estrada ulduzu Ani Lorak dünyaca məşhur dizayner və modelyer, “Afffair” brendinin təsisçisi Rüfət İsmayıl ilə bağlı diqqət çəkən paylaşım edib.

OLAY yazır ki, sənətçi qatıldığı konsertlərin birinə R.İsmayılın sözügedən markanın “resort/24” kolleksiyasında yer alan sinədən qarın hissəyə qədər uzanan qaşlarla bəzədilmiş dekolteli qara libas geyinib.

Lorak həmin libasda çəkdirdiyi görüntüləri instaqram səhifəsində yayımlayaraq ecazkar libasa görə Rüfət İsmayıla təşəkkürünü bildirib.

Qeyd edək ki, sözügedən geyimi daha əvvəl amerikalı müğənni Muni Lonq tədbirlərin birinə geyinib. 

Избранный
22
olay.az

1Источники