RU

Azərbaycanda toy yasa döndü

Şəkidə toyda ölüm hadisəsi baş verib.

Gundem.az Milli.Az-a istinadən xəbər verir ki, Şəkidə yerləşən şadlıq saraylarından birində keçirilən toy zamanı bəyin qohumunun halı pisləşib.

1982-ci il təvəllüdlü L.Şıxəliyeva oynayarkən özünü pis hiss edib və yıxılıb. Qadın şadlıq sarayında vəfat edib.

Bildirilib ki, L.Şıxəliyeva ürəktutmadan dünyasını dəyişib.

Hadisə səbəbindən məclis vaxtından tez yekunlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
30
11
gundem.az

10Источники