RU

Növbəti mərhələdə husilər hədəfə alınacaq: yeni hücumlar! Qorxunc proqnoz

“İsrail İrana hücumun başa çatdığını elan edib: nüvə və enerji obyektlərini hədəfə almamaqla ABŞ-ın istəyinin əleyhinə çıxmadılar. Bu məqam göstərir ki, böyük müharibədə İran maraqlı olmadığı kimi, İsrail də başda ABŞ olmaqla müttəfiqlərinin tam dəstəyini almadan belə bir döyüşə girmək istəmir”.

Musavat.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı bildirib. O qeyd edib ki, cavab xarakteri daşıyan hücum İsrailə bir neçə aspektdən lazımdır:

“İranın İsrailə hücumunun cavabsız qalması onun "müqavimət oxu"nda zədələnmiş nüfuzunu qorumağa imkan verirdi: bu hücumla İranın "toxunulmaz olmadığı"nı göstərir. Eyni zamanda, proksi qüvvələrlə aparılan müharibəyə İranın müdaxiləsini məhdudlaşdırmağa çalışır. İsrail-İran qarşıdurması hələki idarəolunan olunan vəziyyətdədir, lakin istənilən vaxt nəzarətdən çıxması təhlükəsi aktual olaraq qalır. Son hücumla Haniyənin ölümündən sonra Tehran-Təl-Əviv qarşıdurmasının daha bir səhifəsi bağlanır, növbəti səhifədə husilərin hədəfə alınacağı və yeni hücumların motivinə çevriləcəyi ehtimalı böyükdür”.

Afaq Mirayiq,
Musavat.com

Избранный
17
2
musavat.com

10Источники