RU

Gürcüstanda parlament seçkilərində seçici fəallığı məlum olub

Bakı. Trend:

Gürcüstanda parlament seçkilərində saat 10:00-a olan məlumatagörə seçici aktivliyi 9,27 faiz təşkil edib.

Trend xəbər verir ki, bubarədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) istinadlaməlumat verib.

Ən yüksək aktivlik Raça-Leçxumi bölgəsində qeydə alınıb, buradaseçicilərin 12,09 faizi səs verib, ən aşağı aktivlik isə 7,65 faizsəviyyəsində Quriya bölgəsində olub.

Regionlar üzrə iştirak nisbəti belədir: Sameqrelo-Zemo Svaneti —8,23 faiz, Acara — 7,81 faiz, Tbilisi — 10,07 faiz, Kaxeti — 10,05faiz, Mtsxeta-Mtianeti — 10,42 faiz, Kvemo Kartli — 8,47 faiz, ŞidaKartli — 9,66 faiz, Samtsxe-Cavaxeti — 8,75 faiz, Raça-Leçxumi vəKvemo Svaneti — 12,09 faiz, İmereti — 8,12 faiz, Quriya — 7,65faiz.

Qeyd edək ki, Gürcüstanda seçki məntəqələri yerli vaxtla saat08:00-da açılıb və 20:00-da bağlanacaq.

Ümumilikdə 3 508 294 vətəndaş, o cümlədən 95 910 nəfər xaricdəsəsvermə hüququna malikdir. Bu parlament seçkiləri üçün 3 111 seçkiməntəqəsi, o cümlədən xaricdə rekord sayda – 67 məntəqə yaradılıb.Xaricdə yaşayan gürcülər 42 ölkənin 53 şəhərində səs verəbilərlər.

Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatınnümayəndələri müşahidə edəcək.

Bu il ilk dəfə parlament üzvləri tamamilə proporsional sisteməsasında, partiya siyahılarına görə seçiləcək. Parlamentdə yer əldəetmək üçün partiyalar ən azı 5 faiz səs toplamalıdır.

Seçkilərdə ümumilikdə 18 partiya iştirak edir, onlardan beşikoalisiya yaradıb.

Parlament seçkilərində ilk dəfə elektron səsvermə sistemi dətətbiq ediləcək. Müasir texnologiyalar sayəsində seçki məntəqələribağlandıqdan bir saat sonra bülletenlərin 90 faizdən çoxununsayılması və nəticələrin açıqlanması gözlənilir.

Məqalədə:
Избранный
26
1
az.trend.az

10Источники