RU

Dələduzluq edən şəxs saxlanıldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən Fərhad Xəlilov saxlanılıb. Saxlanılan şəxs zərərçəkənlərin etibarından sui-istifadə edərək onlara yüksək məvacibli işlə təmin olunmalarında köməkliklər göstərəcəyi barədə yalan vədlər verib. F.Xəlilov ümumilikdə 15000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. F.Xəlilov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şirvan Şəhər Polis Şöbəsi çağırış da edib. Çağırışda deyilir: "saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər".

Избранный
11
28
manset.az

10Источники