Demokrat.az-ın məlumatına görə, müraciətdə deyilir:
"Hazırda mövsümlə əlaqədar havanın tez qaralması, əsasən yağışlı, çiskinli olması piyadalar üçün bir sıra çətinliklər yaradıb. Bir neçə gün əvvəl aramsız yağan yağışlar səbəbindən yollarda sürüşkənliyin, məhdudiyyətli görünmə məsafəsinin artması piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayına da təsirsiz ötüşmədi. Həmin ərəfədə 5 nəfərin həyatını itirməsi, 6 nəfərin xəsarət alması ilə nəticələnən 11 piyadavurma hadisəsi qeydə alındı. Sözügedən qəzaların hamısının günün qaranlıq vaxtı - saat 18:30-23:00 radələrində baş verməsi isə təsadüfi deyildir.
Təhlillər göstərir ki, əksər hallarda piyadalar tərəfindən qeyri-sabit hava şəraitinin düzgün qiymətləndirilməməsi, yolu keçərkən təhlükəsizlik qaydalarına əməl edilməməsi, sutkanın qaranlıq vaxtı əlvan geyimlərə, üzərində işıqqaytarıcı elementlər olan əşyalara üstünlük verilməməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır. Bununla yanaşı, bir sıra hallarda yol infrastrukturunun piyadayönümlü olmaması, bəzi küçələrin işıqlandırılmaması, yağmurlu havalarda səkilərin, piyada keçidlərinin, onların konstruksiya elementlərinin sürüşkənliyi, yaxud intizamsız sürücülərin məsuliyyətsiz davranışları da piyadalar üçün ciddi çətinliklər yaradır.
10Источники
-
sesqazeti.azDYP piyadaları ehtiyatlı olmağa çağırıb ( 12422524)
-
yenicag.azDYP piyadalara müraciət etdi ( 12420001)
-
sabah.azDYP-dən piyadalara çağırış ( 12418930)
-
demokrat.azDYP-dən piyadalara müraciət ( 12417583)
-
7news.azDYP qeyri-sabit hava şəraiti ilə bağlı piyadaları ehtiyatlı olmağa çağırıb ( 12417544)
-
teleqraf.comYol polisi hava şəraiti ilə bağlı piyadalara müraciət etdi ( 12416650)
-
ikisahil.azDYP qeyri-sabit hava şəraiti ilə bağlı piyadaları ehtiyatlı olmağa çağırıb ( 12416242)
-
publika.azDYP qeyri-sabit hava şəraiti ilə bağlı piyadalara müraciət etdi ( 12416227)
-
moderator.azDYP-dən piyadalara müraciət ( 12416191)
-
manset.azDYP piyadalara MÜRACİƏT ETDİ ( 12416086)