RU

Rusiyada altı məhkum həbsxanadan qaçıb

Rusiyada altı məhkum həbsxanadan qaçıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, insident Lipetsk vilayətindəki 2 saylı koloniyada baş verib.

Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşları səhər yoxlanışı zamanı 6 məhbusun qaçdığını aşkar ediblər.

Məlum olub ki, məhbuslar qazdıqları tunel vasitəsi ilə həbsxanadan qaçıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Yeli teleqram kanalları qaçan məhbusların Özbəkistan vətəndaşları olmasl barədə məlumat yayıb.

Избранный
45
7
apa.az

10Источники