RU

Xarici səyyahlar Şuşadadır (FOTO)

Şuşa. Trend:

"Belçika vətəndaşı Yves Bouvie başçılıq etdiyi BöyükBritaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş səyyahlarqrupu Füzulidən sonra Şuşaya gəliblər.

Trend-in bölgə müxbiri xəbərverir ki, onlar sözügedən ərazilərdə erməni işğalı zamanı törədilənvandalizm barədə məlumatlandırılacaq, həmçinin azad olunanərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuqişlərinə şahidlik edəcəklər.

Eyni zamanda səyyahlar şəhərdə bir sıra tarixi məkanlara başçəkəcəklər.

Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klubları2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfər edib.Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çoxdünya miqyaslı beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri sayca 12-cisəfərdir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “blacktourism” çərçivəsində tanıdılması, eyni zamanda aparılan nəhəngquruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyətdaşıyır. Heyət 3 gün ərzində avtomobil yolu iləFüzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayılxətti üzrə hərəkət etməyi planlaşdırır. Bu qrup sadə turist qrupudeyil, dünya səviyyəli səyyahlardır, bu statusu almaq üçün 100-dənçox ölkəni səyahət edirlər.

Xarici
Xarici
Xarici
Məqalədə:
Избранный
24
16
az.trend.az

10Источники