RU

Mikayıl Cabbarov Türkiyədə TDT nazirlərinin iclasında iştirak edəcək

Azərbaycanın iqtisadiyyat naziri Türk Dövlətləri Təşkilatının (TDT) elm, texnologiya, sənaye və innovasiya nazirlərinin 1-ci iclasında iştirak edəcək.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında bildirib.

"Türkiyəyə işgüzar səfərimiz çərçivəsində dost ölkələrdən olan həmkarlarımızla Türk Dövlətləri Təşkilatının elm, texnologiya, sənaye və innovasiya nazirlərinin 1-ci iclasında iştirak edəcəyik. Birgə fəaliyyətimizi gücləndirmək üçün yeni imkanları dəyərləndirmək niyyətindəyik", - paylaşımda qeyd olunub.

Избранный
24
22
day.az

10Источники