RU

“Balaca Şahzadə”nin nadir nüsxəsi satışa çıxarıldı - Qiymət

Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” romanının yazıçı tərəfindən çoxsaylı əlyazma düzəlişləri ilə yazılmış nadir maşın nüsxəsi satışa çıxarılıb.

Valyuta.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, bu, yalnız üç məlum nüsxədən biridir və ilk dəfə olaraq klassik əsərin maşın çapı açıq satışa çıxarılır. Məhz bu əlyazmada məşhur sətirlərin ilk dəfə yazılı şəkildə ortaya çıxdığı güman edilir: “Mən heç kimin məni xilas etməsini istəmirəm”, “Yalnız ürəklə düzgün olanı görə bilərsə. Önəmli olan gözə görünməzdir”.

Yazının qiyməti 1,25 milyon dollardır. O, noyabrın sonunda keçiriləcək “Abu Dabi Art” sərgisində nümayiş etdiriləcək. Kitabdan başqa şahzadənin iki orijinal eskizi, o cümlədən kitabın son illüstrasiyası olan şahzadənin evə qayıtmasını təsvir edən şəklin ilkin dizaynı və Sent-Ekzüperinin özünün imzaladığı çek olacaq.Qeyd edək ki, “Balaca Şahzadə” 1943-cü ildə ABŞ-də fransız və ingilis dillərində, 1946-cı ildə isə Fransada nəşr olunub. Dini mətnlərlə yanaşı, dünyada ən çox tərcümə olunan kitabdır.

© Yeniavaz.com

Избранный
32
2
valyuta.az

3Источники