RU

İki dəfə xərçəngə qalib gələn teleulduz avtomobil qəzasının QURBANI oldu

ABŞ-da yayımlanan "Yaşamaq üçün mübarizə" verilişi ilə tanınan məşhur televiziya ulduzu Sara Danserdən kədərli xəbər gəlib. İki dəfə xərçəngə qalib gələn Danser 34 yaşında yol qəzası nəticəsində dünyasını dəyişib.

Bizim.Media “People”a istinadən xəbər verir ki, qəzanın təfərrüatları qan dondurub. Bildirilib ki, 59 yaşlı sürücü sükanın idarəetməsini itirərək yolda dayanmış avtomobilə çırpılıb.

Polisin verdiyi açıqlamaya görə, avtomobildə başqa sərnişin də olub. Sara xəstəxanaya aparılıb. Amma o, atası və qardaşı xəstəxanaya çatdıqdan sonra dünyasını dəyişib.

Nuray, Bizim.Media

Избранный
25
bizim.media

1Источники