RU

İSSRAİL ORDUSU İRANIN ƏKSƏR HƏRBİ OBYEKT VƏ HƏDƏFLƏRİNƏ HÜCUMA KEÇDİ

Bu gecədən başlayaraq İsrailin Müdafiə Ordusu İrandakı obyektlərə hücuma keçdi...

Səhər saatlarında isə əməliyyatın başa çatdığı elan edildi. Tezadlar.az Trt- Haber- ə istinadla bildirir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb. Sitta: "Bu yaxınlarda İsrail Müdafiə Ordusu İranın bir neçə bölgəsində hərbi hədəflərə dəqiq və hədəfli zərbələr endirməyi başa çatdırdı... Kəşfiyyat məlumatlarına görə, Hərbi Hava Qüvvələri təyyarələri İranın son bir il ərzində İsrail Dövlətinə atdığı raketlərin istehsalı üçün istifadə olunan istehsal müəssisələrinə zərbələr endirdi". 

Rəsmi açıqlamada o da bildirilir ki, İran rejimi hücumlarını davam etdirsə, İsrail Dövləti vətəndaşlarını qorumaq hüququnu özündə saxlayır. Həmçinin ölkənin silahlı qüvvələrinin rəsmi nümayəndəsi Daniel Hagari bildirib ki, İran regionda vəziyyətin gərginləşməsinin yeni mərhələsinə başlayacağı təqdirdə İsrail Ordusu cavab verməyə məcbur olacaq.

Xatırladaq ki, bundan əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıb. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib. Ölən və ya xəsarət alanlar, dağıntılar barədə məlumatlar yoxdur. Lakin İranın sosial şəbəkə istifadəçiləri partlayışlardan bəhs edən videogörüntülər yaymaqddaır. Paytaxtda və digər şəhərlərdə təhlükəsizlik tədbirləri görülməkdədir. Eləcə də İran hökuməti hava məkanını bağlayıb, xarici ölkələrin sərnişin təyyarələri isə Bakıda təcili enişə məcbur olub.

A.Məmmədli

Избранный
45
21
tezadlar.az

10Источники