RU

Mustafa Sandal ikinci həyat yoldaşından da AYRILDI

“Araba”, “Aya benzer”, “Pazara kadar”, “Isyankar” və “Aşka yürek gerek” kimi mahnıları ilə 7-dən 70-ə qədər bir çox insanın könlünü fəth edən məşhur müğənni Mustafa Sandal ilə həyat yoldaşı Melis Sütşurup ayrılıb.

Bizim.Media xəbər verir ki, məşhur cütlük ötən həftə birlikdə Londona gedib. Amma Mustafa Sandal İstanbula tək qayıdıb.

Melis Sütşurup “İnstagram” hesabında Sandal soyadını silib. Həmçinin cütlük sosial mediada birlikdə olduqları şəkilləri də silib. Cütlüyün hansı səbəbdən ayrıldığı isə hələlik məlum deyil.
Xatırladaq ki, məşhur müğənni Mustafa Sandal 2022-ci ildə Romada keçirilən mərasimlə Melisa Sütşurupla ailə həyatı qurmuşdu. Bu Sandalın ikinci evliliyidir.



Nuray, Bizim.Media

Избранный
15
bizim.media

1Источники