RU

İsrail Suriya və İraqda əməliyyatlara başladı: İrana məxsus radarlar hədəfdə

İsrail Silahlı Qüvvələri Suriya ərazisində önləyici zərbələr endirərək İranın hava hücumundan müdafiə sistemlərinə məxsus radarları sıradan çıxarıb.

Musavat.com xarici KİV-ə istinadən bildirir ki, bu addım İsrail tərəfindən İranın Suriya ərazisindəki müdafiə sistemlərini "kor etmək" məqsədi ilə atılıb.

Bununla yanaşı, İraqın cənubundakı Bəsrə şəhərində partlayışın baş verdiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, İraqın şimalında, Səlahəddin vilayətində də güclü partlayış səsləri eşidilib. Hadisələrin detallarına dair əlavə məlumat verilmir.

Bu əməliyyatlar regiondakı gərginliyi artırır və geniş miqyaslı toqquşmalara səbəb ola biləcəyi ehtimal edilir.

Избранный
3
50
musavat.com

10Источники