RU

Körpəyə BU rəftarı EDƏN DAYƏNİN görüntüləri yayıldı - DİN-dən RƏSMİ açıqlama (ANBAAN VİDEO)

Bakıda dayənin üç yaşlı uşağa fiziki zorakılıq göstərməsi ilə bağlı araşdırma aparılır.

Azia.az bloqu xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı Oxu.Az-a açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.

Bakıda dayənin üç yaşlı uşaqla rəftarının videosu yayılıb.

Azia.az bloqu oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə dayənin uşağı döydüyü görünür.

Hadisə ictimaiyyət arasında geniş rezonans doğurub və sosial media istifadəçiləri dayəyə qarşı sərt tədbirlər görülməsini tələb ediblər.

Təqsirkarın kimliyi və hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.

 



Избранный
21
9
azia.az

10Источники