RU

İsrail İrana zərbələri başa çatdırdı

İsrail Müdafiə Qüvvələri İranın hərbi obyektlərinə hücumun başa çatdığını elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Qüvvələri məlumat yayıb.

 

Əməliyyatda iştirak edən təyyarələrin sağ-salamat ölkəyə qayıtdığı bildirilir.

 

Bildirilir ki, hücumun hədəfi raket zavodları olub.

 

“Zərbə son aylarda İran rejiminin İsrail dövlətinə və onun vətəndaşlarına qarşı hücumlarına cavab olaraq həyata keçirilib. Cavab zərbəsi başa çatıb və missiya yerinə yetirilib”, - İsrail ordusunun açıqlamasında deyilir.

 

İsrail Müdafiə Nazirliyinin məlumatına görə, vurulan zavodlar İsrailə hücum etmək üçün raketlər istehsal edib. “Yer-hava” raket sistemləri və "İranda İsrail aviasiyasının fəaliyyət azadlığını məhdudlaşdıra bilən” digər obyektlər də hücuma məruz qalıb.

Избранный
10
2
modern.az

10Источники