RU

Messi ilə Neymar yenidən komanda yoldaşı olurlar?

“Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar qışda “İnter Mayami”yə keçə bilər.

Paralel.az Publika.az-a istinadən xəbər verir ki, 32 yaşlı oyunçunun mümkün transferi barədə “1Castksa”nın jurnalisti Tariq Əl-Navfal məlumat verib.

Qeyd olunur ki, Amerika klubu artıq ilk rəsmi təklifi edib.

“İnter Mayami”yə keçmək Devid Bekhemin həmsahibi olduğu klubu üçün PR nöqteyi-nəzərindən faydalı ola bilər. Çünki komanda tədricən dünya futbol ulduzlarını öz siyahısına toplayır.

Qeyd edək ki, dizindəki ciddi zədədən bir müddət əvvəl sağalmış Neymar “Əl-Hilal”ın heyətində cəmi 1 oyun keçirib.

“İnter Mayami”nin kapitanı Lionel Messi ilə braziliyalı futbolçu əvvəllər 2 dəfə komanda yoldaşı olublar. Onlar “Barselona” və PSJ-də birgə çıxış ediblər.

Избранный
6
3
paralel.az

10Источники