RU

İranın İsrailə hücumunun ikinci dalğası başladı

İranın İsrailə hücumunun ikinci dalğası başlayıb.

hakimiyyet.az xəbər verir ki, bununla bağlı "The Jerusalem Post" nəşri yazıb.

Qeyd olunub ki, yeni hücum zamanı hədəf kimi Şiraz şəhəri seçilib.

04:09

İsrail İranın yalnız hərbi obyektlərini vurub, İrandakı nüvə obyektlərinə və ya neft infrastrukturuna deyil, yalnız hərbi obyektlərə zərbələr endirib.

hakimiyyet.az xəbər verir ki, bu barədə "CBS" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İsrailin hücumu hərbi hədəflərlə məhdudlaşıb. Mənbə ABŞ-nin hücumlarla bağlı əvvəlcədən xəbərdar edildiyini bildirib.

"NBC" telekanalının ərəb ölkələrindəki iki yüksək vəzifəli mənbəyə istinadən verdiyi məlumata görə, İsrailin Tehrandakı zərbələrinin hədəfi kazarma və silah anbarı ola bilər.

26 oktyabr, 03:47

İsrail İrana hava hücumuna başlayıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

İrana indiyədək 19 bomba atıldığı və Tehran hava limanı da daxil olmaqla 5 partlayışın baş verdiyi iddia edilir. Həmçinin, Zəncan vilayətində də partlayışlar qeydə alınıb.

İranın hava hücumundan müdafiə bölmələri səfərbər edilib.

Yerli KİV paytaxt Tehran bölgəsində və Kərəcdən şimalda ən azı 5 partlayışın baş verdiyini bildirib.

Tehranda hava hücumu xəbərdarlığı edilib və şəhərə uçuşlar ləğv edilib.

#Sondakika Tahranda siren sesleri#Iran #Israil #patlama pic.twitter.com/rRVkA4drmQ

— Türk Dünyası Haberleri (@oxuazturkce) October 25, 2024

İsrail’in saldırıları sonrası İran’da patlamalar meydana geliyor.#Iran #Israel pic.twitter.com/rGJVO0WY4W

— Türk Dünyası Haberleri (@oxuazturkce) October 25, 2024

Избранный
60
50
hakimiyyet.az

10Источники