RU

İsrail İrana cavab zərbəsi endirir

“Hazırda İsrail Müdafiə Qüvvələri İrandakı hərbi obyektlərə dəqiq zərbələr endirir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusunnu mətbuat xidməti məlumat yayıb.

“İran rejiminin İsrail Dövlətinə qarşı aylardır davam edən hücumlarına cavab olaraq hazırda İsrail Müdafiə Qüvvələri İrandakı hərbi obyektlərə dəqiq zərbələr endirir”.

İsrail ordusunun sözçüsü Daniel Haqari İrandakı hərbi hədəflərə zərbə endirdiklərini təsdiqləyərək bunun İranın son aylardakı hücumlarına cavab olduğunu bildirib.

İranın “Fars” xəbər agentliyinin məlumatına görə, İranın paytaxtı Tehran yaxınlığında ən azı beş partlayış səsi eşidilib.

Xatırladaq ki, İran bir müddət əvvəl İsrailə kütləvi raket hücumu həyata keçirib. 

 

Избранный
47
50
qafqazinfo.az

10Источники