RU

Oğuzda maşın 3 yaşlı uşağı və babasını vurdu


Oğuzda baba və azyaşlı nəvəsini maşın vurub.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Oğuz şəhəri H. Əliyev prospektində baş verib.

Rayonun Calut kənd sakini İsrai Xələfzadə idarə etdiyi “VAZ 21015” markalı avtomobillə rayonun Muxas kənd sakini 65 yaşlı Etibar Yoməddin oğlu Fərhadov və onun azyaşlı nəvəzi 3 yaşlı Həsən Elsevər oğlu Fərhadovu vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan E. Fərhadov və H. Fərhadov Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Oğuz RMX-da E. Fərhadova ilkin yardım göstərildikdən sonra müayinə və müalicə olunmaq üçün Qəbələ RMX-a göndərilib.

Azyaşlının xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Oğuz rayon polis Şöbəsində araşdırma aparılır.


Избранный
10
8
news24.az

10Источники