RU

Cəlal Hüseynovun komandası qalib gəldi

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

Rekord.az xəbər verir ki, komanda Bolqarıstan çempionatının 13-cü turunda öz meydanında “Septemvri”ni qəbul edib.

Görüş "Arda"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cəlal oyunun 66-cı dəqiqəsində meydana daxil olub. 

“Arda” hazırda turnir cədvəlində 21 xalla 6-cı yerdədir.

Избранный
3
2
rekord.az

3Источники