RU

“Türkiyə Rusiya ilə münasibətləri dayandıra bilməz, çünki…” - Mehmet Şimşək

“Türkiyə Qərbin sanksiyalarına baxmayaraq, Rusiya ilə münasibətləri dayandıra bilməz”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin maliyyə naziri Mehmet Şimşək bildirib.

“Biz qonşularımızla, o cümlədən Rusiya ilə sadəcə olaraq əlaqələri poza bilmərik. Rusiya Federasiyası bizim mühüm və böyük qonşumuz və tərəfdaşımızdır.

Sənayemizin əhəmiyyətli hissəsi Rusiya təbii qazından asılıdır və ondan işləyir. Bu, son dərəcə vacib amildir. Elə buna görə də biz Rusiya Federasiyası ilə qarşılıqlı əlaqəni dayandıra bilmərik”, - nazir jurnalistlərə açıqlamasında deyib.

Bizim.Media

Избранный
6
2
bizim.media

4Источники