RU

"Uşaq əqli, fiziki qüsurlu doğulanda bunu Allahın payı kimi qəbul edirlər" — Evlənmək üçün qərar vermiş ailələr hazırda hansı tədbirləri görürlər?

Yaxın keçmişdə qohum evliliklərinin qadağan olunması ilə bağlı xəbərlər gündəmdə idi. Açıqlama verildi ki, qərar gələn ildən qüvvəyə minəcək. Bəs həmin vaxt evlənmək üçün çoxdan qərar vermiş ailələr hazırda hansı tədbirləri görürlər? 
Bu sualın cavabını bilmək heç də çətin deyil. Tez-bazar toy və ya nikah hər şeyi həll edir və ya həll etmiş kimi görünür. Çünki əsas problemlər elə evlilikdən sonra başlayır. 

Cəmiyyətin hər bir üzvünü maraqlandıran bu məsələyə sosioloq Lalə Mehralı cavab verib: 



"İnsanlar bir şeyi etmək barədə qarşılarına hədəf qoyursa, həmin işə fokslanırlar. Etdiklərinin zərərli və ya əksi olacağına dair heç nə düşünmürlər. Onlara maraqlı deyil etdikləri başqalarına necə təsir edəcək. 
Qohum evliliklərinin qadağan edilməsi ilə bağlı qanun gələn ildən qüvvəyə minəcək. Hazırda nişanlı, sözlü olan (qohum olan) cütlüklər qaça-qaçdadırlar. Qanun qüvvəyə minənə qədər öz əməllərini reallaşdırmaq istəyirlər. Bu qanunun mahiyyəti onlara maraqlı deyil. Qohum evliliyinin niyə qadağan edildiyini öyrənmirlər belə. Bir qadağa əgər tətbiq edilirsə, deməli altında çox ciddi səbəblər var. Ona görə maraqlanmırlar ki, qohum evliliyinin fəsadlarının heç birindən xəbərdar deyillər".

Lalə Mehralı Demokrat.az-a bildirib ki, uşaq əqli, fiziki qüsurlu doğulanda bunu Allahın payı kimi qəbul edirlər:

"Əgər sən qohum nikahına bu qədər maraqlısansa, fəsadlarına görə Allah nə etsin?.Bu cür insanlar başlarına gələnləri talehin hökmü, Allahın qanunu, qismət kimi xarakterizə edirlər. Onlar düşünmür ki, qohum genləri qarışanda ortaya necə fəsadlar çıxacaq. Bunlar ailə böyüklərinin təhriki ilə baş verir.Erkən yaşlarda evliliyə də adətən qohumlar arasında rast gəlinir. Qızı birdən başqası alar, birdən yaşının tamam olmasını gözləsəm, qaçırarlar kimi düşüncələrə sahibdirlər. Qızın gözü açılar, kimisə sevər, böyüyər qohum evliliyinə razı olmaz və.s kimi düşüncələr.15-16 yaşlı uşaqlar zorakı evləndirilir. O yaşda uşaq anlamır qohum evliliyi necə nəticələr verə bilər. Artıq yetkinlik yaşa çatanda maraqlanırlar. Görürlər ki, həkimlər, jurnalistlər, sosioloq və dünyanı dərk edən hər bir insan qohum evliliyinə qarşıdır".

Mehriban Mirzəzadə
Demokrat.az
Избранный
2
3
demokrat.az

4Источники