Türkiyəli müğənni-aktyor Yavuz Bingöl beşinci dəfə evlənib.
“Qafqazinfo” xəbər verir ki, 59 yaşlı aktyor özündən 20 yaş kiçik memar sevgilisi Nilşah Ağaoğlu ilə nikah masasına oturub.
6 ildir birlikdə olan cütlüyün toyu oktyabrın 25-də Ayvalıkda baş tutub.
Onların nikah şahidləri arasında aktyor Oktay Kaynarca və Elif Buse Doğan da olub.