RU

Nişan mərasiminə hazırlaşan gənc faciəvi şəkildə həyatını itirib VİDEO

Şəmkirdə bədbəxt hadisə baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Qədimqala kəndində qeydə alınıb. 

Evdə təmir işləri görən 23 yaşlı gəncin ehtiyatsızlıqdan hasardan yıxılması faciə ilə nəticələnib.

Qohumların sözlərinə görə, ailə ölən gəncin bir gün sonra elçilik və nişan mərasiminin keçirilməsi üçün hazırlıq görürmüş.

Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
16
xezerxeber.az

1Источники