RU

MMA çempionu Hollivid filmində baş rolda oynayacaq

37 yaşlı braziliyalı peşəkar MMA ustası, orta çəkidə keçmiş və hazırda yarıağır çəkidə UFC çempionu Aleks Pereyra aktrisa Adria Arjona ilə birlikdə A24 şirkətinin Hollivudda istehsal edəcəyi “Hücum” blokbasterinin çəkilişlərində iştirak edəcək.

“Pereyra Hollivud döyüş filmində baş rolu oynayacaq. Layihənin rejissoru Adam Vinqarddır. O, “Qodzilla və Kong: Yeni İmperiya” filminin rejissoru olub. Filmin ssenari müəllifi Simon Barretdir. Film haqqında bir çox təfərrüatlar gizli saxlanılır, lakin bir çox mənbə onun qorxu trilleri janrında olduğunu söyləyir.

Məlumata görə, Pereyra Qəssab adlı bir personajı canlandıracaq və öz bacarığını, o cümlədən “anakonda” adlı boğucu və digər zərbələri nümayiş etdirəcək.

Избранный
20
futbolinfo.az

1Источники