RU

“Atamdan doymadım” - Mətanət kövrəldi

Əməkdar artist Mətanət İsgəndərli mərhum atasından danışıb.

OLAY yazır ki, “Qonaqcanlı” verilişində qonaq olan sənətçi kövrəlib. O bildirib ki, atası üçün çox darıxır:

“Elə bil ki, yaralarımı qopardınız. Atam üçün o qədər darıxıram. Dünyasını dəyişəndə dedilər ki, hələ isti-istidir. Bundan sonra onu çox axtaracaq. İndi atamı necə axtarıram. Atanın 100 yaşı da olsa, onu itirəndə körpə uşaq olursan. O, vəfat edəndə körpə uşaq atasının arxasınca ağlayan kimi ağlayırdım. Çünki ondan doymadım. Adam atadan doya bilmir axı...”.

Избранный
28
olay.az

1Источники