RU

Röya Rüfətə verdiyi sözü tutdu - VİDEO

Xalq artisti, pop kraliça Röya Ayxan və sevilən ifaçı Rüfət Axundov uzun zamandır gözlənilən "Şəhzadəm” adlı duetlərini təqdim edib. SİA xəbər verir ki, sözləri Orxan Mürvətliyə, musiqisi Fərid Kərimliyə aid olan bəstənin ekran həlli məşhur türkiyəli rejissor Orçun Mutluya həvalə edilib.

Qeyd edək ki, sözügedən mahnıya klip pandemiya dövründə çəkilsə də, layihələrdə problem yaranmış, klip də, mahnı da silinmişdi. Rüfət Axundov layihə ilə bağlı fikirlərini bölüşərək Xalq artistinə təşəkkürünü bildirib: "Tilsimi qırdıq, şükür klip artıq yayımdadı. Bu başıbəlalı klipimiz ilk dəfə Türkiyədə çəkildi, amma klip yandı. Sonra türk rejissorları Bakıya gətirdik və "Şəhzadəm”i yenidən çəkdik. Xalq artisti, dostum, fəxrimiz Röya xanıma təşəkkür edirəm, inanıram tamaşaçılar bəyənəcək”. Xalq artisti isə Rüfət Axundova nə olursa olsun bu klipin işıq üzü görəcəyinə söz verdiyini qeyd edib: "Mən Rüfətin ailəsiyəm, bacısıyam, dostuyam. Ona 3 il qabaq söz vermişdim, qismət bu günə imiş”. Layihə bütün rəqəmsal platformalarda təqdim olunub.

Избранный
3
3
sia.az

4Источники