RU

Buzovnada 11-ci sinif şagirdinin bıçaqlanması ilə bağlı RƏSMİ AÇIQLAMA

Xəbər verildiyi kimi Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 322 nömrəli məktəbin 11-ci sinif şagirdi bıçaqlanıb

Bakı Şəhər Təhsil İdarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 25.10.2024-cü il tarixində dərsdən kənar vaxtda (saat 14:10 radələrində) məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub:
 

MÖVZU İLƏ BAĞLI:

Bakı məktəbində DƏHŞƏT – 11-ci sinif şagirdi BIÇAQLANDI - ÖZƏL


“Dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli isə saytımıza açıqlamasında bildirib ki, oktyabrın 25-də günorta saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində 16 və 17 yaşlı iki nəfərə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi və onların xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. 

“Hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin orta məktəbdə baş verməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bizim.Media-nın əldə etdiyi məlumata görə bıçaqlanan şəxslərdən biri 322 nömrəli məktəbin 11-ci sinif şagirdi, digəri isə həmin məktəbdə oxuyan və 9-cu sinifdən çıxan şəxs olub. 

Yaralı şəxslərin vəziyyəti ilə bağlı hələki məlumat yoxdur. 

Alçina Amilqızı, Bizim.Media

Избранный
2
2
bizim.media

10Источники