RU

Prokuror dələduzluqda təqsirləndirilən qadına 11 il cəza istədi

Vətəndaşın etibardan sui-istifadə etmə və özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dǝləduzluq etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İlahə Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın verdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Vəkil müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, İlahə Məmmədova o, tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Xuraman Cəfərovanın oğlu Çingiz Nuriyevin məhkəmə işinə köməklik göstərəcəyini bildirib.

Belə ki, o, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 126.3-cü maddəsi ilə təqsirləndirilən Çingiz Nuriyevə yüngül cəza verdirəcəyinə dair yalan vəd verib.

Bundan başqa o, bu ilin fevralın 7-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Binəqədi rayonunda şübhəli şəxs qismində saxlanılıb.

O, idarəyə dəvət edilib və üstünə baxış keçirilərkən təmiz çəkisi 104,979 qram xeyli miqdarda olan narkotik vasitə qurudulmuş marixuananı və təmiz çəkisi 4,990 qram külli miqdarda psixotrop maddə metamfetamin götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 234.4.1 v 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Избранный
9
1
e-huquq.az

2Источники