RU

UEFA türk futbolçuya qarşı iş açdı

UEFA İsrailin "Makkabi Tel-Əviv" komandası ilə Avropa Liqası matçında siyasi şüarlar səsləndirdiyi üçün "Midtyulland"ın türk əsilli futbolçusu Aral Şimşirlə bağlı araşdırmaya başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Ekstra Bladet" məlumat yayıb.

Şimşir rəqiblərinə doğru baxaraq "Fələstinə azadlıq!" şüarını səsləndirib. Bildirilir ki, “Makkabi Tel-Əviv” klubunun nümayəndələri Şimşirin davranışı ilə bağlı şikayət edib. UEFA buna görə futbolçuya qarşı intizam işi açıb.

Qeyd edək ki, görüş “Partizan” stadionunda baş tutan görüş "Midtyulland"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Избранный
12
6
publika.az

7Источники