RU

Fətullah Gülən xristian kimi dəfn edildi - Foto

Bu günlərdə ölən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülən üçün dünən keçirilən dəfn mərasimi diqqətçəkən detallarla yadda qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazır.

Mərasimin keçirildiyi ABŞ-ın Pensilvaniya ştatında “Skaylend” beysbol stadionuna giriş sırf təşkilat üzvləri üçün hazırlanmış QR kodlarla təşkil edilib.

Mərasimdə təkbir demək qadağan olunub.

Baş terrorçunun cənazəsi xristian cənazə maşınında aparılıb.

Narahat təşkilat üzvlərinə “Dəfn mərasimində belə sağ-solunuza baxın” göstərişi verilib. FETÖ üzvlərinin əksəriyyəti gizlənmək üçün mərasimə üzləri örtülü şəkildə qatılıb. Həmçinin bu məqsədlə papaq, eynək və maskalardan istifadə edilib.

Mərasimin yeri və vaxtı son ana qədər gizli saxlanılıb, təşkilatın votsap qrupları vasitəsilə iştirakçılara ətraflı məlumat çatdırılıb.

Dəfn mərasimi zamanı İncil ayələrini xatırladan dualar oxunub.

İngiliscə oxunan bir mətnin tərcüməsi belədir: “Hamımız onun övladlarıyıq. O, bizim üçün özünü fəda etdi. Rəbbimiz, bu mirasın davamını təmin etmək və bütün dünyaya yaymaq üçün bizə yardımçı olmağınızı diləyirik”.

Namazda xristianlar kimi Allah yerinə “Rəbb” ifadəsi işlədilib. Heç bir xeyir-dua verilməyib, halallıq alınmayıb. Cənazə namazından sonra Fatihə oxunmayıb.

“Yeni Şafak” Gülənin tabutu üzərində bəzi şifrəli simvolların olduğunu da yazıb.

“Gülənə müsəlman qəbiristanlığında dəfn edilmək də nəsib olmadı. Mərasimdən sonra baş terrorçunun cənazəsi təşkilatın ABŞ-dakı qərargahı kimi istifadə etdiyi Pensilvaniya ştatında yerləşən malikanənin bağçasında basdırılıb”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
26
teleqraf.com

1Источники