RU

Faciəvi şəkildə ölən gəncin sabah nişanı olacaqmış...

Şəmkirdə 2000-ci il təvəllüdlü Anar Məşədiyevin bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı təfərrüat məlum olub.

Modern.az-ın məlumatına görə, ölən gəncin atası Aydın Məşədiyev APA TV-yə açıqlaması zamanı bildirib ki, oğlu divara çıxıb iş gördüyü zaman yıxılıb və başının arxa hissəsi yerə dəyib:

"Oğlum iş gördüyü zaman qəfil yıxıldı və başı yerə dəydi. Dərhal təcili yardım çağırdıq. Təcili yardımın hadisə yerinə gəlməsi təxminən yarım saat çəkdi. Onlar gələnə qədər oğlum həyətdə dünyasını dəyişdi".

Məlumata görə ölən gəncin sabah nişan mərasimi olacaqmış.

 

10:52

Ötən gün Şəmkirdə bədbəxt hadisə baş verib.

Modern.az xəbər verir ki, saat 13 radələrində rayonun Qədimqala kənd sakini 2000-ci il təvəllüdlü Anar Məşədiyevin yaşadığı evin həyətində üzərinə beton plitə düşüb.

O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Избранный
8
11
modern.az

10Источники