RU

Üzərinə beton piltə düşən gəncin sabah nişanı olacaqmış - Yenilənib

Üzərinə beton piltə düşən gəncin sabah nişanı olacaqmış - YenilənibŞəmkirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Qafqazinfo" xəbər verir ki, dünən saat 13 radələrində rayonun Qədimqala kənd sakini 2000-ci il təvəllüdlü Anar Məşədiyevin yaşadığı evin həyətində üzərinə beton piltə düşüb. Nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

***

"Unikal"ın məlumatına görə, bədbəxt hadisə nəticəsində ölən gəncin sabah nişan mərasimi olacaqmış.

Избранный
11
8
sonxeber.az

10Источники