RU

Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək?

Son illər ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

1 aprel 2021-ci ildən icbari tibbi sığorta bütün ölkə ərazisini əhatə edir. Ötən dövr ərzində rəsmi iş yerindən asılı olmayaraq, bütün əhali icbari tibbi sığortadan faydalanıb ki, ötən il bu müddət 1 il uzadılıb. 2025-ci il yanvarın 1-də icbari tibbi sığorta ilə bağlı verilmiş müddət başa çatır.

Bu prosesin müddəti yenidən uzadıla bilərmi? Əks təqdirdə, rəsmi iş yeri olmayan insanlar bu prosesdən yararlana bilməyəcəklər.

Millət vəkili Fazil Mustafa “Cebheinfo.az”-a bildirib ki, icbari tibbi sığorta ilə bağlı müddətin uzadılması zəruridir:

“Çünki çox sayda insanın bundan faydalandığını görürük. Bu, Azərbaycanın, vətəndaşların marağı üçün olduqca vacibdir. Eləcə də vətəndaşın sıxıntılarının azalması deməkdir. Müddətin uzadılmaması yenə də müəyyən narahatlıq yarada bilər. Ona görə də bu məsələyə baxıla və uyğun bir tarixə qədər uzadıla bilər. Çünki rəsmi iş yeri olmayan vətəndaşlar üçün həqiqətən də ciddi sıxıntı yaranar. Rəsmi iş yeri olmayan vətəndaşların da sayı kifayət qədərdir. Biz bunu nəzərə almalıyıq. Dövlətin onlara qayğısı kifayət qədər böyükdür. Vətəndaşlara sosial müavinət, sosial təminat və başqa aspektlərdə yardım edilir. Ancaq əsas sağlamlıqla bağlı bu məsələlərin həlli ümumi işlərin ancaq faydasına olardı”.

Избранный
32
cebheinfo.az

1Источники